Türkiyədə tarixi transfer: 260 milyon…

Print Friendly, PDF & Email

“Beşiktaş” “Benfika”dan icarəyə götürdüyü Talişkanın transfer hüququnu almaq istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubu artıq rəsmi təkliflə portuqaliyalılara müraciət edib.

Məlumata görə, “Beşiktaş” “Benfika”ya 18 milyon avro ödəməyə hazır olduğunu bildirib. Bu keçid baş tutsa, Türkiyə futbol tarixinin ən bahalı transferi olacaq.

“Beşiktaş” Talişkanın müqaviləsinə sərbəst qalma bəndi salacaq. Həmin bəndə əsasən onu heyətinə qatmaq istəyən klub 260 milyon lirə (60 milyon avro) ödəməli olacaq.

Qeyd edək ki, “Benfika” Talişkanı 2013-cü ildə Braziliyanın “Bahya” klubundan 4,75 milyon avroya alıb. “Beşiktaş” 23 yaşlı yarımmüdafiəçini 4 milyon avroya icarəyə götürüb.