Hadisə

Xırdalanda Zərifə Əliyeva küçəsindəki səkidə dükan tikilir – piyadalar şikayətçidir (FOTO)

Xırdalan şəhərində Zərifə Əliyeva küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə yeni dükan tikiblər.

AzToday.az xəbər verir ki, Heydər Əliyev parkının yanından keçən küçədən indidən hərəkət etmək mümkün deyil. Dükanın qabağına pilləkənlər də düzülündə keçməyə umumiyyətlə heç yer olmayacaq.

Xırdalan şəhər sakini Samir Əliyev bundan narazılığını bildirərək qeyd edib ki, dükanın tikilməsinə icazə almaq üçün pul verilib: Görəsən, nə qədər pul alıblar icazə üçün. Bir dəfə atam həyətdə evə kiçik artım edəndə İcra Hakimiyyətindən tutmuş polisə, JEK-ə və bələdiyyəyə qədər tökülüşüb gəlmişdilər. Sonuncunu eşidəndə isə gic gülmək tutmuşdu.

İndi bu dükana icazə verən dövlət qurumu fikirləşmir ki, bura piyada yolunun üstüdür? Keçən dəfə memarı həbs etdilər. Bu dəfə kimdir günah keçisi? Çox keçməz bu dükanın yanında digərləri də peyda olar”.

Qeyd edək ki, Xırdalan şəhərində müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və onun həyat yoldaşı, körkəmli alim və oftamoloq Zərifə xanım Əliyevanın adına olan prospekt, küçə və parkın ərazisinin qanunsuz olaraq satılması halları ayrı-ayrı zamanlarda da müşahidə olunub. Bu barədə mediada kifayət qədər məlumatlar dərc olunub. Görünür, Abşeron rayonun rəhbərliyi hətta dövlət başçısı İlham Əliyevi də görməzdən gəlmək qədər cəsarətli və qorxmaz adam olduğu üçün belə halların baş verməsinə şərait yaradır…

Bənzər yazılar

Back to top button