Dünya

Yapon KİV-dən sensasiya: “Bu il Kim Çen İn hakimiyətdən gedə bilər”

2019-cu ilin sonundan etibarən KXDR hakimiyyəti zəruri fövqəladə hal yaranarsa, rəhbərliyi Kim Çen İndən bacısı Kim Yo Çjona təhvil verməyə hazırlaşır. Belə səbəblərdən biri Şimali Koreya liderinin qəfil ölümüdür.

Qaynarinfo xəbər verir ki, bu haqda Yaponiyanın “Yomiuri” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Bununla yanaşı, Kim Çen İnin səhhətində ciddi pisləşmə qeydə alan fransız həkimlərin yanvar ayında KXDR-ə gəldiyi barədə şayiələr var. Koreya liderinin xüsusilə ürək çatışmazlığı, diabet və s. xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button