Ərdoğandan Con Bassa ağır sözlər: “Səni ABŞ-ın nümayəndəsi olaraq görmürük”

Print Friendly, PDF & Email

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifə müddəti bitəcək olan ABŞ-ın Türkiyədəki səfiri Con Bassa çox sərt sözlər söyləyib.

AzToday.az “Haberler”ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Serbiya səfərində ABŞ ilə baş verən viza böhranına toxunub.

Ərdoğan səfirə çox sərt sözlər deyib. “Vida ziyarətlərini qəbul etmirik. Özünü ABŞ-ın nümayəndəsi olaraq da görmürük” — prezident bildirib.

Qeyd edək ki, Con Bass Ankaradakı missiyasının başa çatması ilə bağlı vida görüşləri keçirəcəkdi.