İdman

“Qalatasaray” Bakıya gəlir – “Neftçi”yə rəqib oldu

Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub.

AzToday.az xəbər verir ki, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Görüş Bakıda keçiriləcək.

Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.

Bənzər yazılar

Back to top button