Dünya şöhrətli karikaturaçı: “Ay sağol, Ramil Şeydayev” – FOTO

Print Friendly, PDF & Email

İordaniyadan olan məşhur karikaturaçı Ömər Momani Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə karikatura həsr edib.

Fanat.Az xəbər verir ki, karikaturada Almaniya – Azərbaycan oyununda Şeydayevin vurduğu qol öz əksini tapıb.

Şəkildə Almaniyanın 5 futbolçusu yerdədir, Şeydayev isə qapıya zərbə endirir. Omani karikaturanı “Twitter” hesabında paylaşıb və “What a goal!!! Ay sağol Ramil Şeydayev” yazıb.