Dünya

Yalan danışmaq Merkelin nəyinə lazımdır? (ŞƏRH)

“Kremlə qarşı şübhələrin olması obyektivdir”.

AzToday.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyanın müxalifət lideri Aleksey Navalnının “Noviçok” kimyəvi maddəsiylə zəhərlənməsindən danışarkən deyib.

Politoloq bildirib ki, Almaniya kansleri Angella Merkel açıqlama verərək Aleksey Navalnının “Noviçok” kimyəvi maddəsiylə zəhərləndiyini bildirib:

“Rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər bunun böhtan olduğunun bildirirlər. Yalan danışmaq Merkelin nəyinə lazımdır? Axı Vaşinqton və Londondan fərqli olaraq Berlin Rusiya ilə əməkdaşlıqdan heç zaman imtina etməyib, tənqidlərə rəğmən, Rusiya ilə tərəfdaşlığını davam etdirib. Elə Kremlin özü də Berlinlə tərəfdaşlığın davamını istəyir. Amerikanın və bəzi Avropa ölkələrinin etirazlarına baxmayaraq, Rusiya və Almaniya “Şimal axını – 2” qaz boru xəttini yekunlaşdırmağa hazırlaşırlar. Ona görə də Merkel olanı deyib. Moskva israrla deyir ki, Navalnının zəhərlənməsi “mənlik deyil” və “bu yalandır”. Bu cür “yalanların” sayı çoxaldıqca, “zəhərlənmə olmayıb” deyənlərə inam azalır. Bəs yaxşı, Litvinenko və Skripalı kim və ya kimlər zəhərlədi? Axı hər dəfəsində izlər Moskvaya apardı”.

Politoloq qeyd edib ki, Kreml bu hadisələrdə əli olmadığını iddia edib:

“Sənə qarşı bu cür ittihamlar varsa, sənin birinci işin ittihamların həqiqət olmadığını sübut etmək olmalıdır. Xaricdə planlanan təxribatdırsa, müəlliflərin kimliyi araşdırılmalıdır. Ancaq nə Litvinenko, nə Skrpial, nə də indi Navalnının zəhərlənməsi olayında Kreml heç bir daxili və xarici araşdırmayta ehtiyac duymadı. Gizlətməyə nəsə var ki, araşdırılmır. Belə olan halda Kremlə qarşı şübhələrin olması obyektivdir”.

Xatırladaq ki, 20 avqust tarixində rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib.

Bənzər yazılar

Back to top button