Siyasət

Ermənistan ordusunda növbəti yerlibazlıq halı

Qarabağ erməniləri təhlükəli postlara Ermənistan ermənilərini göndərirlər.

“MediaPost”un əldə etdiyi məlumata görə, işğal olunmuş Dağlıq Qarabağ ərazisində dislokasiya olunmuş Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində növbəti dəfə yerlibazlıq halı yaşanıb.

Belə ki, Ağdərə (ermənilər Martakert adlandırır) şəhərinin sakini olan və hazırda həqiqi hərbi xidmətdə olan gənc əsgər Zakaryan Avedi Gevorq Ağdam rayonunun Papravənd (ermənilər Nor Karmiravan adlandırır) yaşayış məntəqəsində dislokasiya olunmuş Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi hissələrindən birində 2-ci divizionun kəşfiyyat uzaqlıq ölçən vəzifəsinə təyin olunub.

Döyüş postunun təhlükəli olmasını nəzərə alan və Dağlıq Qarabağdan olan komandanlıq əsgər Zakaryan Avedini posta göndərməyə qıymayaraq, onun əvəzinə Ermənistandan olan əsgər Seyran Martirosyanı göndərib.

Bu haqda əsgər Seyran Martirosyanın valideynləri Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytına müraciət edərək şikayətlərini bildiriblər. Lakin nazirliyin “fəaliyyəti” valideynlərin şikayətini pozmaq olub və bununla, özlərini vəzifə borclarını yerinə yetirmiş hesab ediblər.

Görünür, uzun müddətdir davam edən “Ermənistan erməniləri” ilə “Dağlıq Qarabağ erməniləri” arasındakı ədavət son zamanlar daha kəskinləşib. Özlərini dünyanın ən köklü, ciddi tarixi olan milləti hesab edən erməniləri hətta Qarabağ erməniləri belə, adam yerinə qoymur.

Bizdən isə İrəvandan olan erməni əsgərlərin valideynlərinə həmişəki kimi məsləhət: öz uşaqlarınızı kiminsə ambisiyalarını müdafiə etmək üçün ölümə göndərməzdən əvvəl bir daha düşünün. Ermənistan rəhbərliyinin oynadığı oyun sizə baha başa gəlir.

Bənzər yazılar

Back to top button