GündəmManşetSiyasət

Azərbaycan və Ermənistan üçüncü ölkələrin iştirakı olmadan da sülh müqaviləsi bağlamalıdır – İ.Əliyev

Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlar Azərbaycana təzyiq fonunda aparılıb və aparılır. Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirib.

Qarabağda sentyabr əməliyyatından sonra BMT və Avropa İttifaqından ermənilərə Azərbaycana qarşı sanksiyalar tətbiq etmək vəd olunub. Bu, ermənilərdə sülh müqaviləsinin onların şərtləri ilə bağlanacağğına dair illüziyalar yaradıb. Lakin bu, baş verməyib. Bütün bu müddət ərzində Yerevan gözləyib və 70 gün ərzində Bakının sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verməyib.

Yerevanın sonuncu variantında Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur, baxmayaraq ki, əvvəllər Ermənistan Qarabağ ermənilərinin hüquqları haqqında bənddə israr edirdi. Bu bənd Bakının müqaviləyə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları haqqında bəndin də daxil edilməsi tələblərindən sonra çıxarılıb.

“Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Lakin Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdu”, deyə Əliyev qeyd edib. O, bu mövqeyini xarici oyunçuların prosesi öz əlinə almaq üçün yarışmaları ilə izah edib.

“Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. İki suveren dövlət öz aralarında razılığa gələ bilər”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button