Dünya

Ermənistan Rusiya ilə birgə hərbi təlimlərə başladı

Ermənistan Rusiya hərbçiləri ilə birgə təlimlərə başlayıb.

“Sputnik Ermənistan” xəbər verir ki, ordular artilleriya, hərbi hava hücumundan müdafiə sistemləri, əməliyyat-taktiki və ordu aviasiyasının dəstəyi ilə kəşfiyyat və hücum komplekslərində əməliyyatlar təşkil edəcək.

Gümrüdə yerləşən Cənubi Hərbi Dairənin Rusiya hərbi bazasının qulluqçuları Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri ilə birgə taktiki təlim çərçivəsində Kamxud və Alaqyaz silsilələrinə yürüş ediblər.

Pilotsuz uçuş aparatları isə manevr və süni düşmənin mövqelərinin atəşə tutulması zamanı birləşmələrin hərəkətlərini izləyəcək.

Təlim zamanı hərbi qulluqçular gündüz və gecə nəqliyyat vasitələrini və zirehli maşınları idarə etmək, atıcı silahlardan, qumbaraatanlardan atəş açmaq, piyadaların döyüş maşınlarının silahlandırılması, tanklar, topçu və zenit raketləri üçün sınaq təlimləri yerinə yetirəcək.

Təlimlərə Cənub Hərbi Dairəsinin 1000 hərbçisi, qırıcı, ordu və pilotsuz təyyarələr də daxil olmaqla, 300-ə yaxın xüsusi texnika cəlb olunub.

Qeyd edək ki,102-ci Rusiya hərbi bazası MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində hazır vəziyyətə gətirilən Gümrü şəhərində yerləşdirilib. Ermənistan və Rusiya 20 avqust 2010-cu il tarixində bazanın yerləşdirilməsinə dair müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb.

Publika.az

Bənzər yazılar

Back to top button