Bizim seçimİqtisadiyyatManşet

General oğlunun İngiltərədəki şirkətlərinin siyahısı (FOTO)

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevin oğlu da İngiltərədə bir neçə şirkət təsis edib.

AzToday.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli məlumat yayıb.

Generalın oğlanları onun yolunu davam etdirirlər, hər ikisi ixtisasca uroloqdur. Böyük oğlu Fərid Qədiməliyev Gömrük Hospitalının urologiya bölməsinin rəisidir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Kiçik oğlu – 1987-ci il təvəllüdlü Emil Qədiməliyev isə uroloqdur, İngiltərə vətəndaşıdır.

Emil Qədiməliyev bu il iyulun 15-də Londonda Britaniya vətəndaşı Rina Patellə 3BEAM LTD şirkətini təsis edib. Şirkət tibb sahəsində fəaliyyət lisenziyası əldə edib.

Emil Qədiməliyev ötən ilin ilin avqustunda həmin şəxslə daha bir tibbi şirkəti – APEG IMAGING (UK) LTD-ni qeydiyyatdan keçirib.

Ötən ilin avqustunda isə gömrük xidməti general-mayorunun oğlu Londonda 2014-cü ildən fəaliyyətdə olan ACUITUS CONSULTING LTD maliyyə şirkətinin səhmdarları sırasına qatılaraq Direktorlar Şurasına qəbul olunub.

Ötən ilin yanvarında o həmçinin TDP LIMITED,nin direktorlarının biri olub.

Emil Qədiməliyevin digər ortaqları ilə qurduğu daha bir şirkət – CORNER SQUARE LIMITED 2018-ci il dekabrın 13-də Britaniya Şirkətlər Evində qeydiyyata alınıb. Ötən ilin fevralın 4-də şirkət London Haddon 4 ünvanında fəaliyyət göstərən AUBAINE restoranını icarə götürüb.

Emil Qədiməliyevin 2018-ci ilin dekabrında qeydiyyatdan keçirdiyi GLOBAL HEALTH PARTNERS LTD isə ötən ilin oktyabrında ləğv edilib.

O, 2018-ci ilin noyabrında təsis etdiyi ALLIANCE EQUITY PARTNERS LTD adlı şirkətin də sahibidir, 2018-ci ilin dekabrında qeydiyyatdan keçmiş TOTAL NIGHT LIMITED-nin 4 təsisçisindən biri olub. TOTAL NIGHT LIMITED SIC (biznes növü) təsnifatı üzrə 56302 saylı fəaliyyət hüququ əldə edib. Bu təsnifat üzrə şirkətə publik evlər və barlar (Public houses and bars) işlətmək hüququ verilir. Bu ilin yanvarında o həmin şirkətin direktoru vəzifəsini tərk edib.

Emil Qədiməliyevin adı 2015-2018-ci illərdə ACUITUS MEDICAL LTD şirkətinin direktorları sırasında keçib. Şəxsi Linkedin hesabında yer alan məlumatlara görə isə Emil Qədiməliyev həm də V-NOVA LIMITED-in ( kompüter proqramları təminatı) Londonun Mayfair, Piccadilly 46 ünvanındakı WASHI zərgərlik dükanının investorlarındandır.

2018-ci ilin aprelin sonunda Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə məlumat yayılmışdı. Həmin iş üzrə gömrük general-mayoru Fikrət Qədiməliyev və daha bir neçə şəxs vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdu. İş üzrə təqsirləndirilənlər ötən ilin martında məhkəmə zalından azadlığa buraxılıblar.

Fikrət Qədiməliyev ötən ilin oktyabrında “MedEra Hospital”ın Tibbi direktoru təyin edilib.

Bənzər yazılar

Back to top button