Dünya

Dövlət Departamenti Amerika hərbiçilərinə hücumdan sonra cavab planları ilə bağlı səssizliyini pozmur

Dövlət Departamenti İordaniyada Amerika hərbiçilərinə hücuma görə İrana qarşı qisas planları ilə bağlı çərşənbə axşamı da səssiz qalmaqda davam edib.

“Biz cavabın necə və nə vaxt veriləcəyini açıqlamaq niyyətində deyilik”, deyə ABŞ-ın rəsmi nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın müxbirinin ABŞ-ın cavab hücumuna nə vaxt başlaya biləcəyi haqqında sualına cavabda bildirib.

O əlavə edib ki, cavab “çoxsəviyyəli, mərhələli və uzunmüddətli ola bilər”.

Miller Administrasiyanın daha geniş münaqişənin qarşısını almaq istəyini təkrar edib. “Administrasiyanın bir çox üzvlərindən də eşitdiyiniz kimi, biz İranla münaqişə axtarmırıq, gərginlik istəmirik, gərginliyin ABŞ-ın, İranın və regionda heç kimin maraqlarına uyğun olmadığını düşünürük”.

Eyni zamanda, o deyib ki, “biz Amerika personalının müdafiəsi, Amerikanın maraqlarının qorunması və amerikalılara zərər verənlərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq addımları atırıq”.

Bazar günü İordaniyada İranyönlü qüvvələr Amerika bazasına dronla hücum etdikdən sonra ABŞ ordusunun üç əsgəri ölüb, onlarla Amerika hərbiçisi isə yaralanıb.

ABŞ rəsmiləri bildiriblər ki, buna görə məsuliyyəti İraqın İran tərəfindən dəstəklənən “Kataib Hisbullah” qruplaşması məsuliyyət daşıyır.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button