İdman

Mahir Emreli üzr istədi

Azərbaycan millisinin üzvü Mahir Emreli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla matçda qırmızı vərəqə alması barədə danışıb.

AzToday.az azerisport.com-a istinadən xəbər verir ki, futbolçu məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb:

“Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandanı və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam.

Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul edirəm. Gələcəkdə bu vəziyyəti dəyişdirməyə çalışacağam”

Bənzər yazılar

Back to top button