İdman

Ronaldo özünə yuxu müəllimi tutub

“Real”ın ulduzu Kristiano Ronaldonun məşqlərdə komada yoldaşlarından daha çox çalışdığı, özünü fiziki və texniki cəhətdən inkişaf etdirdiyi hər kəsə məlumdu.

Fanat.Az xəbər verir ki, bununla yanaşı Ronaldonun xüsusi yuxu müəllimi olduğunu və hər gün 7,5 saat yatdığını az adam bilir. Ronaldonun bu məşqçisinin adı Nik Litlheylsdi.

Bu şəxs uzun müddətdi Ronaldonun yuxu intizamını planlaşdırır. Bu intizama əsasən futbolçu gündə 7,5 saat yatır. Amma bu bir dəfədə deyil, biri 90 dəqiqə olmaqla 5 dəfədi.

Yuxu müəllimi Ronaldonun meydançada performansını necə yüksəltdiyini belə açıqlayıb:

– 8 saat davamlı yuxu sağlamlığa ziyandı. Xüsusən də 13.00-15.00 arasında məhsuldarlığı azaldır. Ronaldo hər biri 90 dəqiqə olmaqla 5 dəfə, ümumilikdə 7,5 saat yatır.

– Hər yuxudan öncə yatağıın üzərindəkilər dəyişdirilir.

– Ana qarnındakı bəbə duruşunda yatır.

– Yatmazdan 90 dəqiqə öncə ekran qadağası başlayır. Cib telefonu, kompyuter istifadə etmir, televizora baxmır. Səbəbi də budu ki, alimlər mavi dalğaların yuxu hormonu Melatonini dayandırdığı yuxunun qaçmasına səbəb olur.

– İnsan incə bir döək üzərində yatdığı zaman hövlanak oyanır. Ronaldo da çox incə bir döşək üzərində yatır.

Bənzər yazılar

Back to top button