Siyasət

Süleyman Rüstəmin diplomat nəvəsi danışdı: “Növbəti təxribatdır”

Bu gün bir sıra KİV-lər Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyi əməkdaşlarının Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırıldığı barədə məlumat yayıblar.

Həmin məlumatlarda iddia olunur ki, Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, konsulluq və humanitar məsəsələr üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli İsveçdən geri çağırılıb və artıq Bakıya gəliblər.

Virtualaz.org diplomatların Stokholmdan geri çağırılması ilə bağlı məlumatları dəqiqləşdirmək üçün Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə ilə əlaqə saxlayıb.

“Mən iş yerindəyəm. Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyinin əməkdaşlarının geri çağırılması barədə məlumat həqiqəti əks etdirmir. Əməkdaşlarımızın geri çağırılması ilə bağlı məlumatların yayılması növbəti təxribatdır”, – deyə Günəş Rüstəmzadə bildirib.

Xarici İşlər Nazirliyi sistemindəki rotasiyaya uyğun olaraq birinci katibin səlahiyyət müddəti bitib.

Qeyd edək ki, bu, İsveçdəki azərbaycanlı diplomatların geri çağırılması ilə bağlı ikinci dezinformasiyadır. Bundan əvvəl belə dezinformasiya AXCP-dən olan bloqer Fikrət Hüseynli tərəfindən yayılmışdı.

Bənzər yazılar

Back to top button