İdman

Mourinyo bu komandadan üzr istədi

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Salernitana” komandasından üzr istəyib.

Qol.az xəbər verir ki buna səbəb mütəxəssisin köməkçilərindən birinin “Salernitana”nı lağa qoymaraq onların aşağı diviziona düşəcəyini deməsi olub. Mourinyo isə deyib:

“Düzünü deyəcəyəm, biz bəzi klublar və polislər kimi yalançı deyilik. Mən üzr istədim. Biz mədəni insanlarıq. Meydançada baş verənlər elə orada da qalır. Hər halda 45 dəqiqə sonra kimsə birinin üzünə yumruq vurmaq üçün çöldə gözləməz”.

Qeyd edək ki, “Roma” ötən gün “Salernitana”nı 2:1 hesabı ilə məğlub edib.

Bənzər yazılar

Back to top button