GündəmHadisə

Zərərçəkmiş: “Vaqif Xaçatryanın dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib”

“Vaqif Xaçatryanın dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib”.

“Report” xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Bəsti Behbudova bildirib.

O deyib ki, atası Meşəli hadisələrində ağır güllə yarası alıb və sonradan vəfat edib: “Həmin vaxt mən uşaq olmuşam. Amma valideynlərim və kənd camaatından Vaqif Xaçaturyan barəsində çox pis eşitmişəm. Onun necə vəhşilik etməsi hamımıza məlumdur”.

Zərərçəkmiş Bayram Hacıyev həmin hadisələr zamanı gənc olduğunu bildirib:

“O vaxt mən cavan idim və onun haqqında sürücü olaraq eşitmişəm. Vaqifin dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib. Ağsaqqallar bildirdilər ki, insanları diri-diri yandırırdılar. Badara kəndində mən başqa Vaqif adında şəxs eşitməmişəm. Arais, Ernes və Vaqifin dəstəsi bütün kəndə qan uddurdu”.

***

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası bu gün keçiriləcək.
Ətraflı

Qaynarinfo APA-ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Ötən prosesdə məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Bənzər yazılar

Back to top button