Dünya

COVİD-19-a qarşı “kokteyl”: elm adamları virusa qarşı yeni vasitə hazırladı

Amerikalı elm adamları koronavirusa qarşı yeni vasitə hazırlayıblar – effektivliyi COVID-19 infeksiyasının simptomlarının qarşısını almaqda 100%-ə çatan anticismlərin eksperimental kokteyli.

Qaynarinfo bu barədə MedicalXpress-ə istinadla xəbər verir.

Bu kəşf Virciniya Universitetinin alimlərinə məxsusdur. Alimlər təsirə məruz qalmış, lakin hələ xəstəliyə yoluxmamış şəxslərin anticismlərinin koronavirus infeksiyasını qarşısını ala bilib-bilməyəcəyini öyrənmək üçün 400 nəfərin iştirakıyla təcrübələr aparıb. Anticism alan 186 könüllünün simptomatik COVID-19-u inkişaf etdirmədiyi ortaya çıxıb. Plasebo qəbul edən 223 nəfərlik bir qrupda, səkkiz nəfər simptomu inkişaf etdirib. Eyni zamanda, 15 anticism qəbul edəndə və 23 plasebo qəbul edəndə simptomatik olmayan infeksiya aşkar edilib.

Tədqiqatçılar müəyyən edib ki, anticism alan qrupda ümumi infeksiya nisbəti təxminən 50% daha aşağıdır.

Bənzər yazılar

Back to top button