Dünya

Rusiya hərbi cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir

Çərşənbə axşamı ABŞ Rusiyanın Ukraynaya təcavüzünə görə qovulduqdan 15 aydan çox sonra BMT-nin İnsan Hüquqları Şurasına qayıtmaq cəhdlərinə reaksiya verdi.

“Düşünürəm ki, Rusiyanın insan haqlarına yanaşması ilə bağlı mövqeyimizin nə olduğunu kifayət qədər aydınlaşdırdıq. Dövlət katibi [Blinken] Rusiyanın Ukraynada müharibə və insanlığa qarşı cinayətlər törətdiyini gördüyümüzü açıqladı” Dövlət departamentinin sözçüsü bildiri.

Metyu Miller daha sonra əlavə etdi:”Onların törətdikləri cinayətlərə görə məsuliyyət daşımağın lazım olduğunu açıq şəkildə bildirdik və buna görə də, əlbəttə ki, İnsan Hüquqları orqanındakı nümayəndəliyin Ukraynadakı hərəkətlərinə uyğun olmadığını düşünürəm.”

Rusiya BMT-nin İnsan Hüquqları orqanından ötən ilin aprelində bu təşkilat tərəfindən işğalın başlanmasından bir neçə ay sonra çağırılan fövqəladə xüsusi sessiya zamanı xaric edilib.(Turan)

Bənzər yazılar

Back to top button