İdman

Alesio da Silva: “Konsantrasiyanı bir qədər itirdik”

“Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq”. Fanat.Az xəbər verir ki, bu sözləri “Araz”ın baş məşqçisi Alesio da Silva deyib.

UEFA kubokunda ikinci oyununu keçirən və Malta çempionu “Sent Endryus”u 6:4 hesabı ilə məğlub edən Azərbaycan çempionunun braziliyalı çalışdırıcısı fikirlərini bölüşüb.

O, komandasının əzmkar qələbəsindən məmnun olduğunu bildirib: “Düzdü, məğlub durumda olan zaman konsantrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər. Rəqibin son şansı olduğuna görə, bizimlə qarşılaşmada bütün gücünü səfərbər etmişdi. Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik”.

Alesio qrupdakı son oyun haqqında da danışıb: “Qrupda son oyunumuzu “Deva”ya qarşı keçirəcəyik. Bu görüş “Mostar” və “Sent Endryus”la qarşılaşmalardan daha çətin keçəcək. Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidir. Üstəlik, bugünkü oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Sabah oyun günü deyil. Rəqibin oyununu analiz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.

Bənzər yazılar

Back to top button