Mədəniyyət

O parodiyadan sonra bəzi siyasətçiləri işdən azad ediblər – VİDEO

“Deyirlər ki, ayağınız düşərli oldu, Miri Yusifi parodiya edən kimi dərhal Xalq artisti oldu”.

Bu sözləri “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov ARB telekanalında yayımlanan “Söhbət var” verilişində deyib.

Aktyor verilişdə komandalarının parodiyalarından söz açıb:

Amma biz bu qədər siyasətçiləri parodiya etmişik, o parodiyadan sonra bəzi siyasətçiləri işdən azad ediblər. Onu niyə demirsiniz? Burada ayağımızın düşərli olması boş şeydir. Sadəcə, təsadüfdür. Miri Yusif xalq sevgisini qazanıb, bu qədər pərəstişkarları var. İnsan gündəmdədirsə, populyardırsa, ən əsası yumor hissi varsa, biz onu parodiya edəcəyik”.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

Back to top button