Dünya

ABŞ-ın ardınca İsrail də YUNESKO-dan çıxır

İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan çıxmasına dair göstəriş verib.
AzToday.az APA-ya istinadən məlumatına görə, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl UNESСO-da çıxdığını elan edib.

ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

Bənzər yazılar

Back to top button