GündəmSiyasət

Rusiya Müdafiə Nazirliyi Qarabağda rus sülhməramlılarının həlak olması barədə məlumat yayıb

Dağlıq Qarabağın Canyataq kəndi yaxınlığında avtomobilin atəşə tutulması nəticəsində Rusiya sülhməramlıları həlak olub. Bi barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub.
Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, – deyə məlumatda bildirilir.

Hərbi idarədən bildirilib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri bütün halların aydınlaşdırılması üçün hadisə yerində işləyirlər.(Turan)

Bənzər yazılar

Back to top button