Siyasət

Sarkisyanın müavini: Azərbaycan və Ermənistan prezidentləri gələn həftə görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan gələn həftə Cenevrədə görüşəcəklər.

Virtualaz.org-un məlumatına görə, bunu erməni KİV-lərinə Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.

A.Aşotyan partiyasının icraedici orqanının iclasından sonra bildirib: “Siz Qarabağ problemi üzrə Ermənistanın mövqeyini bilirsiniz. Bu mövqe BMT-nin Baş Assambleyasında Ermənistan prezidenti tərəfindən də səsləndirilib. Danışıqlar davam edir, amma bu mərhələdə əlverişli atmosferin bərpası əhəmiyyətlidir. Bu gələcəyə daha optimist baxmağa imkan verəcək”

Bənzər yazılar

Back to top button