Hadisə

Tofiq Yaqublu 13-cü gündə aclığı davam etdirir

“Tofiq Yaqublunun vəziyyəti stabildir. Hazırda müəyyən dəstəkləyici müalicə qəbul edir, hər hansı ağırlaşma yoxdur”. Bu barədə Turan Agentliyinə tibb elmləri doktoru, professor Adil Qeybulla barəsində qanunsuz hökmə qarşı etiraz əlaməti olaraq 13 gündür aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublunun vəziyyəti ilə bağlı şərh verərkən bildirib.

Qeybullanın sözlərinə görə, Yaqublunun iki gün əvvəl kritik vəziyyətdə aparıldığı City Hospital klinikasında siyasətçiyə ürəyə dəstək üçün lazım olan dəmanlar, elektrolitlər yeridilir.

Qidalandırıcı maddələr yeridilmir, belə ki, Yaqublu yeməkdən imtina edir.

Yaqublunun həyatı üçün təhlükə davam edir. Amma müalicə aparılır və ictimaiyyət narahat olmaya bilər, belə ki, hazırda Yaqublu daha etibarlı yerdədir, deyə professor bildirib.

Yaqublunun qızı Nigar Həzi öz növbəsində qeyd edib ki, siyasətçi hələ də reanimasiyadadır. City Hospital-a köçürüldükdən sonra vəkillər yanına buraxılmır. Həzi də qeyd edib ki, Yaqubluya qidalandırıcı maddələr yeridilmir.

“Atam çox maye itirib və bu, orqanizm üçün mənfi nəticələrə gətirib çıxarıb. İndi itirilən mayeni bərpa edən maddələr yeridilir”, deyə Həzi bildirib.

Bu arada, Müsavat Partiyasının qərargah-mənzilində Yaqublu ilə həmrəylik məqsədilə aclıq aksiyası keçirilir.

Sentyabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tofiq Məmmədov aclığı dayandırıb. Onun yerinə hüquq müdafiəçisi Zəfər Əhmədov aksiyaya qoşulub.

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyev (sentyabrın 7-dən aksiyada iştirak edir) və AXCP üzvləri Ayət İsmayıl və Elşən Həsənov (sentyabrın 3-dən aksiyada iştirak edirlər) aksiyanı davam etdirirlər.

Quliyevin, İsmayılın və Həsənovun təzyiqi aşağıdır, süstlük hiss edirlər. “Təcili yardım” həkimləri dəfələrlə onlara aclığı dayandırmağı təklif ediblər. Amma onlar Yaqublu azad edilənə qədər aksiyanı davam etdirmək niyyətindədirlər, bu barədə aclıq aksiyasının iştirakçısı Elman Quliyev bildirib.

Bənzər yazılar

Back to top button