Gündəm

Prezident açılışlar etdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bu gün həmçinin Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.

İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub.

Bənzər yazılar

Back to top button