ManşetSiyasət

Türkiyənin dövlət qəzeti Əli Həsənovu ” FETÖ”çu adlandırıb

Türkiyə dövlət qəzetində prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çu olması barəsində material dərc olunub.

AzToday.az anews.az-a istinadən xəbər verir ki, hazırlanan materialda Əli Həsənovun uzun müddətdir FETÖ-nun Azərbaycandakı ən vacib tərəfdaşlarından biri olduğu qeyd olunub. Bunun ən bariz nümunəsi kimi Azərbaycanda fəaliyyət göstərən “Xəzər” televiziyası ilə Həsənovun əlaqəsi göstərilir. Azərbaycanda əvvəlcədən “Samanyolu” televiziyasının Baki bürosu kimi fəaliyyət göstərən “Xəzər” TV bank ASYA krediti ilə yerli yayım kanalına çevrilmiş və 2013 dekabr hadisələrindən sonra Həsənovla ortaqlıq etməyə başlamışdır.

17-25 dekabr aralığında Bakını ziyarət edən FETÖ təmsilçisi Faruk Taban Əli Həsənovla görüşərək FETÖ kadrlarının kanalında fəaliyyətinin davam etdirilməsini təmin olunub. “Samanyolu” televiziyasnın Türkiyədəki reklam departamenti rəhbəri Mehmet Özkundaqçının qardaşı Gökan Öztukdakçı idi və beləcə FETÖ “Xəzər” TV vasitəsilə Əli Həsənovla reklam gəlirlərinə də ortaq olmuş oldu- deyə əlavə olunub.

Yazıda o da qeyd olunur ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və ona bütün hallarda dəstəkdir.

Bənzər yazılar

Back to top button