Hadisə

Daha bir jurnalist ATV-dən getdi – Nazirlikdə çalışacaq

Tanınmış jurnalist Elvin Dəmirli ATV kanalındakı işindən ayrılıb.

AzToday.az mediapost.az-a istinadən xəbər verir ki, o, 10 ildən çox çalışdığı iş yerindən öz istəyi ilə ayrılıb.

Jurnalist fəaliyyətini bundan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunda davam etdirəcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl tanınmış aparıcı Lalə Azərtaş da ATV-dəki işindən ayrılıb.

Bənzər yazılar

Back to top button