Hadisə

Deputat Elnur Allahverdiyev danlanılıb, danışmağına qadağa qoyulub

Milli Məclisin deputatı Elnur Allahverdiyevin iqtidarın yuxarı dairəsinin qəzəbinə tuş gəldiyi deyilir. Buna səbəb islahatçı komandanın üzvü olan deputatın qeyri-ciddi açıqlaması olub.

Bu barədə Azfakt.com-a daxil olan məlumatda bildirilir ki, Elnur Allahverdiyevin keçən ayın əvvəlində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında “Azərbaycanda 2 milyona yaxın şəxsin 190 manat almasına ehtiyac var” açıqlaması deputata problem yaradıb.

Məlumata görə deputatın bu açıqlaması iqtidar dairələrində çox ciddi narazılıqla qarşılanıb. Çünki iqtidardakı yeni islahat komandasının üzvü kimi tanınan deputat Elnur Allahverdiyevin Azərbaycanda 2 milyona yaxın şəxsin 190 manata ehtiyacının olmasını bəyan etməsi əslində ölkədə sosial vəziyyətin nə qədər ağır olduğunun etirafı sayıla bilər. Deputar Elnur Allahverdiyevin sensasiyalı açıqlamasının mətuatda tirajlanmasından sonra onun danlanıldığı və bir müddətlik çıxışına qadağa qoyulduğu deyilir.

Qeyd edək ki, Elnur Allahverdiyevin məlum açıqlaması ölkə mətbuatının bir hissəsində silinib.

Bənzər yazılar

Back to top button