İdman

Arda və Falkao “Neftçi” ilə oyunu buraxa bilər

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” heyətində dəyişikliklər etməyi planlaşdırır.

Fanat.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.

Xəbərə görə, komandanın baş məşqçisi Fatih Terim Superliqanın II turunda “Başakşəhər”lə qarşılaşmanı düşündüyü üçün Bakıda bəzi futbolçulara istirahət verməyi düşünür. Bu səbəbdən Arda Turan və Radamel Falkao, Kristian Lyunda ehtiyatda qalacağı gözlənilir. Onların əvəzinə Mbaye Dian Rayan Donk, Rayan Babelə “Neftçi” ilə görüşdə start heyətdə meydana daxil ola bilərlər.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button