Dünya

Trampın seçki kampaniyası reklamlarında Rusiya təyyarələri və avtomatları

ABŞ-da prezidentlik postuna seçki kampaniyasının ortasında Prezident Donald Trampın yeni müddətdə qərargahı mübahisəli onlayn reklamlar yayımlayıb.

Qaynarinfo xəbər verir ki, “Politico” qəzeti, 8-12 sentyabr tarixləri arasında amerikalılara “Əsgərlərimizi dəstəkləyin” yazısı olan bir şəkil nümyiş etdirilib, ancaq nədənsə şəkillərdə Rusiyada istehsal olunan silahların yer aldığını qeyd edib.

Bir neçə hərbi qulluqçunun silueti fonunda istifadəçilər və mütəxəssislər üç MiG-29 təyyarəsini və əsgərlərin əlində – AK-74 avtomatlarını görüblər. Tramp qərargahının məzmunu barədə düşünmədən, reklam üçün İnternetdən bir stok fotoşəkilindən istifadə edə biləcəyi qeyd edilib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilməlidir. Respublikaçı Trampın əsas rəqibi demokrat Co Bayden olacaq.

Bənzər yazılar

Back to top button