İqtisadiyyat

Azərbaycanda bazis inflyasiyası açıqlandı

Bu ilin avqust ayında Azərbaycanda qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsullar vә xidmәtlәr, hәmçinin mövsümi xarakter daşıyan kәnd tәsәrrüfatı mәhsulları nәzәrә alınmadan hesablanan (bazis inflyasiyası) istehlak qiymәtlәrinin bazis indeksi iyul ayı ilә müqayisәdә 0,1% artıb.

AzToday.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bazis inflyasiyası yanvar-avqust aylarında isə әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 2,1% olub.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 2,9%. Təkcə avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 0,2% az olub.

Bənzər yazılar

Back to top button