Mədəniyyət

Nizami Gəncəviyə Şeyx titulu hansı səbəbdən verilib?

Bu yazı dahi Nizamini molla kimi, din adamı kimi təqdim edənlərə aiddir.

Anlayın ki, 12-ci əsrdə bütün əsərlər Allahın, peyğəmbərin, padşahın və padşahın vəzirlərinin tərifi ilə başlayırdı (11-ci əsrdə Gürganinin yazdığı “Vis və Ramin” əsərində də belədir). Nizaminin Allahı və ya padşahın vəzirini tərifləməsini onun Allahı və ya padşahın vəzirini sevməsi kimi izah etmək düzgün deyil. Sadəcə olaraq dəb, qayda belə idi

Allahı və ya padşahı tərifləməsən, şahın sarayında şairlik etməyin mümkün deyildi.

Nizami də sadəcə olaraq buna görə öz əsərlərində kiməsə tərif yağdırmağa məcbur idi.

Amma əvəzində Nizami öz yaradıcılığında fikirləri ilə bir molla təfəkküründən, İslam tabularından uzaq olduğunu göstərmişdi.

-Nizaminin Məcnunu Məkkəyə gedir,-Məkkədə əsl sevginin Leyliyə olan sevgi olduğunu deyir. Molla təfəkkürlü adam bunu edərdimi?
-Nizaminin Nüşabəsi Bərdədə hökmranlıq edir, molla təfəkkürlü adam qadını şah edərdimi?
-Nizami əsərlərində qadın hüquqsuzluğuna qarşıdır, Nizaminin İsgəndəri Qurandan fərqli olaraq kafirləri harda gördün öldürmür, onlarla hörmətlə davranır. Molla təfəkkürlü adam bunu edərdimi?

Ümumiyyətlə, bir adam əgər İslam olan bir yerdə 12-ci əsrdə bu cür fikirlər deyirsə, onu molla adlandırmaq məncə düz deyil.

Mən dostlarımızdan xahiş edərdim ki, Nizaminin şeyx adlandırılmasını onun din xadimi olması ilə əlaqələndirməsinlər. Şeyxlik Nizamiyə sarayda verilmiş bir titul idi.

Nizami bu titulu dindar olduğuna görə deyil, sadəcə hörmət əlaməti olaraq qazanmışdı.

Və sonda:

Şəkildə Nizaminin “İsgəndərnamə” əsərindən bir misranı yazmışam.

Bu fikri İsgəndər özü deməsə də, əsərdə İsgəndərin bu fikri deyənlərə hörmətlə yanaşması hiss olunur
Düşünürəm ki, Nizami aşkar şəkildə olmasa da, üstüörtülü şəkildə bu misra ilə öz sözünü demişdir.

Etibar Bayramlı

Bənzər yazılar

Back to top button