Cəmiyyət

Zəngsiz, gülsüz, məsafəli birincilər – VİDEO

Azərbaycanda yeni tədris ilinə start verilib.

Bu gün 165 mindən çox uşaq birinci sinifə qədəm qoyub.

Onlar əyani formada təhsil alacaqlar. Ötən illərdən fərqli olaraq, bu il pandemiya dövründə Bilik Günü də fərqli keçirilib.

Məktəbə gələn uşaqların hərarətləri ölçülüb və əllərinə spirt vurulub. Məktəblərin tibb otaqları isə bütün zəruri avadanlıqlarla təmin olunub. İbtidai siniflər həftədə 2-3 dəfə olmaqla məktəbdə ənənəli formada dərs keçə biləcəklər.

Baku TV-nin yeni tədris iliylə bağlı hazırladığı süjeti təqdim edirik:

Bənzər yazılar

Back to top button