Dünya

ABŞ-ın Əsədi öldürmək planı olub – Tramp etiraf edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp danışıb ki, bir neçə il əvvəl Suriya prezidenti Bəşər Əsədin öldürülməsini təşkil etmək istəyib. Ancaq sonradan bu plandn əl çəkmək qərarına gəlib.

«Fox News» xəbər verir ki, ABŞ liderini bu ideyadan əl çəkməyə 2017-ci ildə Pentaqonun başçısı Ceyms Mettis yola gətirib.

Tamp Mettisi «həddindən artıq yüksək qiymətləndirilmiş general» adlandırıb, amma əlavə edib ki, Əsədin öldürülməsi planından imtina etdiyinə peşiman deyil. O, izah edib ki, bu əməliyyatın uğurla nəticələnəcəyinə zəmanət olmayıb.

Amma 2018-ci ildə Tramp KİV-in bu plan barədə xəbərlərini təkzib etmişdi.

AzPolitika.info

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button