PKK-nın “xüsusi təyinatlı qüvvələri” Qarabağda: Moderator bu ölkədir

by Aztoday Xəbər Portalı

Ermənistan hökuməti Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində – Dağlıq Qarabağda yerləşdikdən sonra PKK tərəfindən yeni bir hücum dalğasına cəhd edildiyi və terror təşkilatının qondarma xüsusi təyinatlı qüvvələrinin Qarabağa göndərildiyi iddia edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyənin “Cumhuriyet” nəşrinin məlumatında deyilir.

Məlumata görə, Livanın paytaxtı Beyrutda baş verən liman partlayışından sonra Nikol Paşinyan hökuməti yüzdən çox Livan ermənisini Dağlıq Qarabağda və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırıb. Paşinyan hava limanında gələnləri qarşılayıb və tez bir vaxtda onlara vətəndaşlıq veriləcəyini bildirib. 2009-cu ildə də Suriya müharibəsi zamanı bu ölkədəki ermənilər Dağlıq Qarabağa köçürülüb edilib və immiqrasiya dalğası davam etdirilib.

Paşinyanın demoqrafik quruluşla yanaşı, Dağlıq Qarabağdakı hərbi quruluşa da qeyri-rəsmi müdaxilələr etdiyi iddia edilir. Bölgədəki təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror təşkilatı PKK-nın xüsusi qüvvələrini Dağlıq Qarabağa göndərdiyi və ermənilərə hərbi təlim verdiyi bildirilir. Məlumatlarda deyilir ki, PKK burada yeni bir hücum dalğası yaratmağı hədəfləyir – Suriya ermənilərinin Dağlıq Qarabağa köçürüldüyü vaxt 250-ə yaxın erməni əsgəri isə Suriyaya gedərək PYD/YPG sıralarına qoşulub.

Bildirilir ki, erməni əsgərləri ilə PKK arasındakı bu əməkdaşlığın moderatoru Fransadır və erməni əsgərləri bu ölkənin vasitəçiliyilə terror təşkilatı ilə danışıqlar aparır.

Xatırladaq ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani açıqlamasında Livan ermənilərinin Qarabağa köçünün “məsələnin görünən tərəfi” olduğunu bildirərək son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağda yerləşdiyini bildirib.

Qeyd edək ki, Ermənistan hökuməti beynəlxalq hüquqa əsasən Azərbaycanın bir hissəsi olan və 29 ildir işğal altında saxlanılan Dağlıq Qarabağın demoqrafik quruluşuna müdaxilə etməkdə davam edir.

Bənzər Yazılar