Dünya

BMT pandemiyanın dünya turizminə vurduğu nəhəng məbləği açıqladı

İlin birinci yarısında dünyada turizm axını koronavirus pandemiyası səbəbindən 65 faiz azalıb. Təxminən 440 milyon səyahət reallaşmayıb, nəticədə dünya turizm sektoru 460 milyard dollar itirib.

Qaynarinfo xəbər verir ki, bu məlumatlar BMT Dünya Turizm Təşkilatı tərəfindən yayımlanıb.

Təşkilata görə, sənayenin zərərləri qlobal iqtisadi böhran səbəbindən 2009-cu ildəki itkilərdən təxminən beş dəfə çoxdur.

Koronavirus böhranından ən çox əziyyət Asiya çəkib: turizm axını 72% azalıb. Avropada 66, Afrika və Orta Şərqdə 57, Amerikada isə 55% azalma olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button