Sağlamlıq

Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? – RƏSMİ

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə 56,1%-lə Bakı şəhəri ilk yerdədir.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 15,6%-i isə Abşeron rayonunda yaşayır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxmaların 10,4%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 2,1%-i Quba-Xaçmaz, 1,8%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb.

Koronavirusa yoluxanların 0,04%-i isə Naxçıvanda yaşayanlardır.

Xatırladaq ki, koronavirusa yoluxanların 0,7%-ni ölkə xaricindən gələnlər təşkil edir.

Bənzər yazılar

Back to top button