Dünya

Vaşinqton ABŞ sərnişin təyyarələrinin İran və İraq üzərindən uçuşlarını qadağan etdi

ABŞ hava yollarının mülki təyyarələrinin İran və İraq, habelə Fars və Oman körfəzləri suları üzərindən uçması qadağandır.

Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ-ın Federal Aviasiya Administrasiyasından verilən açıqlamada deyilib.

Administrasiyadan bildirilib ki, Yaxın Şərqdəki vəziyyəti yaxından izləyirlər.

Qeyd edək ki, bu gün səhər Tehran hava limanının yaxınlığında Ukraynanın Boeing 737 təyyarəsi qəzaya uğrayıb, nəticədə təyyarədəki 176 nəfərdən heç biri sağ qalmayıb. Faciənin rəsmi səbəbi mühərrikin alovlanmasıdır. Tehran ölənlərin əksəriyyətinin iranlı olduğunu bildirib.

Bənzər yazılar

Back to top button