İqtisadiyyat

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qırdəhal” MMC olub.

Yeniavaz.com xəbər verir ki, İdarə itlər üçün quru yemin satın alınmasına görə “Qırdəhal” MMC-yə 117 min 500 manat ödəyəcək.

İtlər üçün alınacaq quru yemlərə aşağıdakılar daxildir:

1. Böyük itlər üçün mal ətindən hazırlanmış quru yem – 20 min kiloqram

2. Balaca itlər üçün qarışıq tərkibli quru yem – 5 min kiloqram

Nizamnamə kapitalı 10 manat olan “Qırdəhal” MMC-nin hüquqi ünvanı Lerik rayonu, Andurma ünvanında yerləşir.

Şirkətin qanuni təmsilçisi Müseyibov Cavid Cahangir oğludur.

Bənzər yazılar

Back to top button