Prezident: «Mütləq NATO-ya üzv olacağıq»

Print Friendly, PDF & Email

“Ukrayna mütləq Şimali Atlantika İttifaqına (NATO) üzv olacaq”. “Qaynarinfo” xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Petr Poroşenko deyib.

İvan Boquna adına Kiyev hərbi liseyində keçirilən tədbirdə çıxış edən prezident özü də başda olmaqla ali idarəetmə orqanlarının bundan sonra Ukraynanın müstəqilliyinin itirilməsi kimi böyük səhvi bir daha təkrar etməyə imkan verməyəcəklərini bildirib.

Poroşenko onu da vurğulayıb ki, bundan əvvəl müstəqilliyin itirilməsinə səbəb hərbi gücün zəif olması yox, xarici siyasətin lazımi qədər inkişaf etdirilməməsi olub.

Qeyd edək ki, oktyabrın 14-də Ukraynada Petr Poroşenkonun elan etdiyi Müdafiə günü kimi qeyd edilir. Poroşenko mərasimdən sonra birbaşa silahlı qüvvələr üçün yeni silah və avadanlıq göndərməyə gedəcəyini söyləyib.