İdman

Zinəddin Zidan milli komandada

Fransa Futbol Federasiyası milli komandanın baş məşqçisini dəyişdirmək istəyir. Fanat.Az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, federasiya yığmanın başına “Real”ın baş məşqçisi Zinəddin Zidanı gətirmək niyyətindədi.

Zidanın “DÇ-2018″dən sonra yığmaya gətirilməsi planlaşdırılır. Komanda uğurlu çıxış etsə də, hazırkı baş məşqçi Didye Deşamla federasiya rəhbərliyi arasında problemlər var. Bu səbəbdən də, 48 yaşlı mütəxəssis dünya çempionatından sonra istefaya göndəriləcək.

Qeyd edək ki, 2016-cı ildən “Real”a başçılıq edən Zidan 2 dəfə Çempionlar Liqasını və Avropa Super Kubokunu, 1 dəfə La Liqanı, İspaniya “Kral Kuboku”nu və kulblararası dünya çempionluğunu qazanıb.

Bənzər yazılar

Back to top button