Bizim seçimGündəmManşetSiyasət

Real müxalifət bir araya gəldi: Bəyanat yayıldı

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında müxalif liderlərin və vətəndaş cəmiyyətin nümayəndələrin iştirak etdiyi dəyirmi masanın nəticələrinə dair bəyanat qəbul edilib.

Bəyanatda deyilir ki, dəyirmi masanın iştirakçıları Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Turan İA direktoru Mehman Əliyev, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, politoloq Hikmət Hacızadə, keçmiş səhiyyə naziri Əli İnsanov, sabiq baş nazir Pənah Hüseyn Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və avtoritar rejimə qarşı mübarizədə funksional razılığa gəliblər.

Dəyirmi masa iştirakçıları həm müxalifəti, həm iqtidarı siyasi mübarizədə mənəvi-əxlaq dəyərlərə, etik normalara əməl etməyə çağırıblar.

İştirakçılar həmçinin beynəlxalq qurumlara müraciət edərək, Azərbaycanda fundamental insan hüquqlarının pozulmasına göz yummamağa, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini daha təsirli vasitələrlə tələb etməyə çağırıb.

Sonda iştirakçılar Azərbaycan hakimiyyətindən Konstitusiya və qamunlara əməl etməyi, korrupsiyaya son qoymağı, xalqın səsini dinləməyə tələb etdilər.

* * *

2019 Noyabr 05 (Çərşənbə axşamı) 18:55:23

Müsavat Partiyasının qərargahında ölkədəki siyasi vəziyyət müzakirə edilib

Bakı/05.11.19/Turan: Noyabarın 5-də Müsavat Partiyasının qərargahında ölkədə ictimai-siyasi vəziyyətin müzakirəsi keçirilib. Toplantıda partiyanın indiki və keçmiş sədrləri Arif Hacılı və İsa Qəmbər, AXCP lideri Əli Kərimli, Xalq Partiyasının lideri Pənah Hüseynov, keçmiş səhiyyə naziri Əli İnsanov, Azərbaycanın Moskvadakı keçmiş səfiri Hikmət Hacızadə və Turan agentliyinin direktoru Mehman Əliyev iştirak ediblər.

“Son dövrün prosesləri göstərdi ki, Azərbaycanda yeni siyasi vəziyyət yaranıb ki, bu da ölkədə dəyişiklikləri qaçılmaz edir”, – A.Hacılı deyib.

Ə.İnsanov öz çıxışında deyib ki, hakimiyyətii ələ keçirib idarə edən rejim çox aciz və qəddardır. Odur ki, rejimə qarşı birgə mübarizə aparmaq lazımdır.

O, növbədənkənar parlament və prezident seçkiləri uğrunda mübarizə məqsədilə bütün siyasi qüvvələrin konsolidasiyasına çağırıb.

AXCP lideri Əli Kərimli hesab edir ki, hakim rejim tamamilə tükənib. Əhali sevindirici bəyanatlara inanmır və ölkədə köklü dəyişikliklər istəyir.

19 oktyabr mitinqi göstərdi ki, ölkədə yeni siyasi situasiya yaranıb. Hakimiyyətin zorakılığına baxmayaraq, minlərlə adam ölkənin dəyişdirilmsi üçün ayağa qalxdı. Hakimiyyətin islahatlar barədə bəyanatları yalandır və vətəndaşlarda inam yaratmır.

O, müxalifət daxilində münaqişələrə son qoyulmasına və siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşma, söz azadlığı uğrunda mübarizə səyləri birləşdirməyə çağırıb.

Müsavat Partiyasının keçmiş sədri İ.Qəmbər qeyd edib ki, “xalq açıq şəkildə rejimin dəyiməsini istəyir. O, müxalifəti Qarabağ probleminin ədalətli həlli, azad seçkilər və digər azadlıqlar uğrunda mübarizədə səylərini birləşdirməyə çağırıb.

Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, ölkəni “sistemli böhran”dan çıxarmaq üçün təkcə siyasətçilər yox, bütün vətəndaşlar birləşməlidir. Kadr dəyişiklikləri, yol xəritələri ilə böhrandan çıxmaq mümkün deyil.

Hikmət Hacızadə müzakirələrdə irəli sürülən ideyaların reallaşması məqsədilə bir sıra proqram və müraciətlərin hazırlanmasını təklif edib. Bundan sonra müzakirələr mətbuatın iştirakı olmadan davam edib. (Turan)

Bənzər yazılar

Back to top button