AnalitikaİqtisadiyyatManşet

Ünvanlı sosial yardım alan iş adamı

Bu günlərdə 8-9 dekabr 2016-cı il tarixində Lənkəran rayonunun kəndlərindən birində Sudcayevlər ailəsinin üzvləri tərəfindən təsis edilən beş şirkət könüllü ləğv olunduğunu elan edib. Bu şirkətlərdən bəziləri tez-tez dövlət satınalmaları tenderlərində qalib gəlirdi.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “Qrant Təchizat” MMC, “Premium Təchizat”, “Aktiv Service”, “Qrant Service” və “Vinner Moll” ləğv edilir. Bu şirkətlərin direktoru Xangəldi Sudcayev (1963-cü il təvəllüdlü) və 29 yaşlı oğlu Allahverdidir.

Dövlət satınalmaları reyestrinə görə, 2017-ci ildə “Premium Təchizat”, “Aktiv Service” və “Vinner Moll” üç dövlət qurumundan ümumi dəyəri təxminən 300 min manat (176 min ABŞ dolları) olan 5 satınalma müqavilə alıb. Bu şirkətlər yerli istehsal zibil qabları və iş geyimləri, müxtəlif mal və materialların tədarükü üzrə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət Nazirliyinin strukturlarının tender və kotirovka sorğularının qalibi olub.

Maraqlıdır ki, üç şirkəti (Qrant Təchizat, Qrant Service və Vinner Moll) idarə edən Allahverdi Sudcayevin ailəsinə 2019-cu ilin noyabrından bəri ünvanlı dövlət sosial yardımı verilir. (Turan)

Bənzər yazılar

Back to top button