İdman

Qvardiolanı təriflədi, “Siti”ni Avropanın ən yaxşısı adlandırdı

“Qvardiola inanılmaz bir məşqçidir. Sadəcə fantastikdir. Yaxşı münasibətimiz var. Əsasən mətbuat konfranslarına görüşsək də, bir-birimizə böyük hörmətimiz var”.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki “Everton”un baş məşqçisi Karlo Ançelotti “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola haqqında belə deyib. O, 48 yaşlı mütəxəssisin baş məşqçilik etdiyi “şəhərli”ləri indiki dövr üçün Avropanın ən yaxşı komandası adlandırıb: “Xosep əsl dahidir. Komandalarının hər bir oyunçusu meydanda xüsusi nəsə edir. Buna görə də Avropanın ən yaxşı komandası ilə qarşılaşmaq fürsətini əldə etdiyimiz üçün məmnun olmalıyıq”.

Bənzər yazılar

Back to top button