Qlobal iqlim dəyişikliyi bu canlıları məhvə aparır

Print Friendly, PDF & Email

Qlobal iqlim dəyişikliyinin səbəb olduğu qıtlıq Antarktikada minlərlə Adelie pinqvininin ölümünə səbəb olub.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Dünya Təbiəti Mühafizə Fondunun dəstəklədiyi fransalı alimlər tərəfindən aparılan araşdırma zamanı Petrels adalarında bir pinqvin kaloniyası analiz edilib. Nəticədə, bölgədəki minlərlə pinqvin balasının öldüyü, onlardan yalnızca 2-sinin sağ qaldığı məlum olub. Bildirilir ki, iqlim dəyişikliyi səbəbilə bu heyvanların daha uzun məsafə qət etmək və bunun üçün balalarını tək qoymaq məcburiyyətinə görə onlar ac qalıb və ya bədən istiliklərini qoruya bilmədikləri üçün tələf olublar.

Antarktikanın şərqində yerləşən pinqvin kaloniyalarının mühafizəsi üçün müraciət edən alimlər “krill” adlı balığın ovuna qadağa qoyulmasını və bu canlıların qida tapması üçün çətinliklərin aradan qaldırılmasını istəyib.

Araşdırmaya görə, sonuncu dəfə belə fəlakət 2015-ci ildə baş vermişdi