İdman

“Barselona”nın ulduzu rəsmən “İnter”də

“Barselona”dan ayrılan Arturo Vidalın “İnter”ə komandasına keçidi rəsmiləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı xəbər yayıb. Çilili futbolçu ilə 2 illik müqavilə imzalanıb. Klub 33 yaşlı yarımmüdafiəçinin transferi üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Vidal “Barselona”ya 2018-ci ilin yayında “Bavariya”dan 18 milyon avro qarşılığında keçmişdi. O, əvvəllər Çilinin “Kolo-Kolo”, Almaniyanın “Bayer” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.

Bənzər yazılar

Back to top button