GündəmManşetSiyasət

İsa Qəmbər, Əli Kərimli və digər ərizəçilər Avropa Məhkəməsindən 10 min avro uddular

Avropa İnsan Haqları Məhkəməsi bu gün, aprelin 13-də Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib. Bu haqda vəkil Əsabəli Mustafayev özünün feysbuk səhifəsində məlumat yayıb.

Vəkil bildirib ki, bunlardan biri Ruşaniyə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərardır. Məhkəmə jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinə əsasən istintaqın səmərəli aparılmamasına görə pozuntunu tanıyıb. Ruşaniyə Hüseynovaya mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro ödənilməsi barədə qərar çıxarılıb.

“Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib. Kompensasiyaların cəmi 271 000 avro təşkil edir”, – Əsabəli Mustafayev bildirib.

Avropa Məhkəməsinin qərar verdiyi ərizəçilərin siyahısını təqdim edirik:

Avropa Məhkəməsinin qərar verdiyi ərizəçilərin siyahısını təqdim edirik:

1.İsa Qəmbər,
2.İkram İsrafi,
3.Arzu Səmədbəyli,
4.Tofiq Yaqublu,
5.Leyla Mustafayeva,
6.Sərdar Məmmədov,
7.Bəxtiyar Hacıyev,
8.İlqar hüseynli,
9.Nəriman Yəhyayev,
10.Gözəl Bayramova,
11.Namət Əliyev,
12.Salman İmanlı,
13.Sahib Kərimov,
14.İham Hüseynli,
15.Pənah Hüseyn,
16.Adil Qeybulla,
17.Yaqub Babalı,
18.Soltanhamid Məlikov,
19.Əli Kərimli,
20.Qiyas Sadıqov,
21.Sitarə Zeynalova,
22.Aslan İsmayılov
23.Ruşaniyə Hüseynova

“Bu işlərdə vəkillər İntiqam Əliyev və Hafiz Həsənovdur. Yalnız İkram İsrafilin hüquqlarını mən müdafiə etmişəm” – Əsabəli Mustafayev bildirib.

Bastainfo.com

Bənzər yazılar

Back to top button