İdman

“Barselona“ Messinin gedişinə hazır olmalıdır“ – Bartomeu

“Barselona”nın prezidenti Xosep Bartomeu klubun inkişaf strategiyasından danışıb.

Qol.az xəbər verir ki, ispaniyalı funksioner “BBC”yə açıqlamasında gənc futolçuların yetişdirildiyini və gələcəkdə onların komandanın aparıcı üzvləri olacağını bildirib:

“Bilirəm ki, bir gün Messi karyerasını bitirdiyini deyəcək. Buna görə də onun gedişinə hazır olmalıyıq. Komandanı bu yöndə hazırlamalıyıq. Kluba çoxlu sayda əla gənc futbolçu cəlb edirik. Uğurumuzu davam etdirmək istəyirik. Bu, bizim məsuliyyətimizdir.

Daha iki mövsüm kluba rəhbəlik edəcəm. “Barselona”nı möhtəşəm vəziyyətdə təhvil verməliyəm. Yeni klub prezidentinə demək istərdim ki, “Barselona” bizim mirasımızdır”.

Bənzər yazılar

Back to top button