İdman

Xavi: “Çempionlar Liqasının himnini dinləyəndə hələ də əsəbiləşirəm”

“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqasının 1/16 final mərhələsində “Mançester Yunayted”lə oyun öncəsi komandasının Çempionlar Liqasını tərk etməsindən danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o deyib: “Evdə Çempionlar Liqasının himnini dinləyəndə hələ də əsəbiləşirəm. Qrup mərhələsində ən yaxşı vəziyyətdə deyildik. Avropa Liqası çox gözəl və çətin turnirdir və biz burada mübarizə aparacağıq. Bundan məmnunuq”.

Qeyd edək ki, “Barselona” bu mövsüm Çempionlar Liqasında C qrupunu 3-cü pillədə başa vurduğu üçün mübarizəni Avroliqada davam etdirir.

Bənzər yazılar

Back to top button